2023-cü ildə Rusiya iqtisadi artım sürətinə görə G20 ölkələri arasında beşinci yeri tutacaq.
Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, Hindistan 7,3 faizlə ən yüksək iqtisadi artım sürətinə nail olub.
Hindistandan sonra 5,2 faizlə Çin və 5,1 faizlə İndoneziya ikinci və üçüncü, iqtisadiyyatı 4,5 faiz böyüyən Türkiyə isə dördüncü yerdədir. Rusiya 3,6 faizlə beşinci yerdə qərarlaşıb. Bu artım 2022-ci ildə Rusiya iqtisadiyyatının 1,2 faiz azalmasının qarşısını alıb.
Ən diqqətəlayiq iqtisadi artım Hindistanda müşahidə olunur - artım sürəti 7,2 faizdən 7,3 faizə yüksəlib. Hindistanı əvvəlki ilin 3 faizlik böyüməsinin ardıyla 5,2 faiz artımla Çin təqib edib. İndoneziya üçüncü yerdədir, onun ÜDM-i 2022-ci ildəki 5,3 faizlə müqayisədə 5,1 faiz artıb.
ABŞ-da da artım sürətlənib. Əvvəlki ildə qeydə alınan 1,9 faizdən 2,5 faizə, Yaponiyada isə 1 faizdən 1,9 faizə yüksəlib.
Bəzi ölkələrdə isə artım yavaşlayıb. Məsələn, iqtisadi artım Böyük Britaniyada 0,1 faizə, İtaliyada 4 dəfə azalaraq 0,9 faizə, Fransada 0,9 faizə, Kanadada isə 1,1 faizə düşüb.