Gədəbəy olayının təşkilində keçmiş icra başçısı və deputatın adı çəkilir - Elman Nəsirov

11:33 23.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gədəbəyin Söyüdlü kəndində baş verən hadisə birdən-birə baş verməyib. Proseslər təşviq olunur, idarə olunur”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov Gədəbəyin söyüdlü kəndində sakinlərlə polis arasında yaranan insidetlə bağlı bildirib.

Deputat bu gün sosial şəbəkələrdə hadisənin birdən-birə baş verməsi ilə bağlı yazıların yanlışlığını bir neçə faktla qeyd edib.

O bildirib ki, hadisədən bir müddət əvvəl Rusiyadan Gədəbəyə Aqil Allahverduyev və Etibar Cabbarov adlı şəxslər gələrək, camaatı ayağa qaldırmaq üçün vəsait toplayıblar.

E.Nəsirov Gədəbəy insidentində keçmiş icra başçısı Saleh Rüstəmov, keçmiş deputat Nazim Məmmədovun adının çəkildiyini deyib. 

“İstintaqın gedişatında digər şəxslərin də adı hallanır. Bütün bunlar hamsı məqsədli şəkildə baş verib. Sakinləri təxribatlara cəlb ediblər. Üstəlik Azərbaycan polisi ilə bağlı sosial şəbəklərədə təhqiramiz ifadələrə yol verilib. Əgər bir nəfər qaydanı pozubsa, Daxili İşlər Nazirliyi məsələnin araşdırılması üçün öz nümayəndələrini əraziyə  göndərib. İnsidentin yaranma səbəbləri araşdırılır”.