Gəlin keçmiş sevgililəri toya dəvət edərək onları eyni masaya əyləşdirib

11:08 17.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çində gəlin keçmiş sevgililəri toy ziyafətinə dəvət edib və onları eyni masada əyləşdirib. Qonaqların özləri xəcalət çəksələr də, sosial şəbəkə istifadəçiləri ürəkdən gülüblər. Hafta.az bu barədə “Asia One”a istinadla yazır.

Yerli mətbuatın yazdığına görə, qadın toyuna beş keçmiş sevgilisini dəvət edib. Onlar üçün ayrıca bir masa ayırıb, orada "keçmiş sevgililər masası" yazısı var idi. Hadisə yerindən kadrlar sosial şəbəkələrdə yayımlandıqdan sonra şərhçilər gəlinin hərəkətinin onları güldürdüyünü etiraf ediblər.

"Deyəsən, onun keçmiş sevgililərinin hamısı eyni görünüşə malikdir" deyib bir istifadəçi.
Bununla belə, müzakirənin bəzi iştirakçıları çinli qadının nişanlısı və toya dəvət etdiyi keçmiş sevgililərinə münasibətdə bunun “uyğunsuz” və “hörmətsizlik” olduğunu qəbul ediblər.