Gəncədə ər arvadını BALTALADI

09:48 28.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

Hafta.az xəbər verir ki, şəhər ərazisində 1991-ci il təvəllüdlü H.Abıyevanın balta və armaturla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Yaxınlarının dediyinə görə, qadının həyat yoldaşı hadisəni törətməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.