Gəncədə iki kişi küçədə bıçaqlanıb

18:16 30.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 1987-ci il təvəllüdlü A.Tağıyev və 1960-cı il təvəllüdlü F.Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki şəxs əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar küçə bıçaqlanıblar. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.