Yazını böyüt
Yazını kiçilt
Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.
Bu haqda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Məlumata görə, əgər Yerə istiqamətlənmiş Tac Kütlə Atılmasının (TKA) da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı var.