Gömrük nəzarətindən gizlədilmiş aksiz markaları aşkar edilib - FOTO

23:20 29.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində gömrük nəzarətindən gizlədilmiş 141 min 560 ədəd alkoqollu içkilər üçün aksiz markası aşkar edilib.