Gömrükçülər müxtəlif markalı telefonlar aşkar edib - FOTO

18:00 22.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.