Gömrükdə üç ayda 400 kilo qaçaq qızıl saxlanılıb

11:00 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ticarət Nazirliyi gömrükdə tutulan qaçaqmallarla bağlı 2024-cü ilin yanvar, fevral və mart aylarını əhatə edən birinci rüb məlumatlarını paylaşıb.

Hafta.az-ın yazdığına görə, gömrükdən Türkiyəyə keçirməyə cəhd edilən rekord miqdarda narkotik maddə ələ keçirilib. Ötən ilin ilk 3 ayında 1 milyard 53 milyon lirə dəyərində narkotik ələ keçirildiyi halda, 2024-cü ilin ilk 3 ayında bu rəqəm 3 milyard 71 milyon lirəyə yüksəlib. Yəni təxminən 3 dəfə artım olub.

Qiymətli metal, xüsusilə qızıl qaçaqmalçıları da gömrük hədəfinə çevrilib. İlk 3 ayda 800 milyon lirə dəyərində qeyri-qanuni qiymətli metal ələ keçirilib. O cümlədən ilin ilk 3 ayında 400 kiloqram qaçaqmal qızıl gömrükdə saxlanılıb. Onun maddi dəyəri 771 milyard lirədir...

Nazirlik tərəfindən həyata keçirilən sonuncu qızıl qaçaqmalçılığı əməliyyatı Habur Gömrük Qapısında baş tutub. Axtarış zamanı gizli bölmələrdə gizlədilmiş 12 qızıl külçə aşkar edilərək götürülüb. Müsadirə edilən qızıl külçələrin bazar dəyərinin təxminən 50 milyon lirə olduğu müəyyən edilib.

Oxunma sayı 160