Google 162 milyon dollar cərimə olundu

09:45 21.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Google, Android proqramlarında rəqabətəzidd davranış nümayiş etdirdiyinə görə, Hindistanda Rəqabət Tənzimləmə Təşkilatı tərəfindən 162 milyon dollar cərimələnib.

Hafta.az-ın yazdığına görə, Google-a qarşı cərimənin təfərrüatları da ortaya çıxıb. Müvafiq olaraq, Hindistanda rəqabət orqanının hüquqşünas tələbənin müraciəti əsasında məsələyə baxdığı bildirilib. 

Qeyd edək ki, 2018-ci ildə də Hindistan Rəqabət Təşkilatı Google-u öz və tərəfdaşlarının xidmətlərini tanıtmaq üçün axtarış nəticələrini manipulyasiya etdiyinə görə təxminən 21 milyon dollar cərimələmişdi.