Goranboyda silah-sursat aşkar edilib -FOTO

10:25 24.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayon Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.