Görünüş məsafəsi məhdudlaşacaq, yollar buz bağlayacaq

20:28 20.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

Hafta.az-ın xəbərinə görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

"Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur".