Göyçayda binada baş verən çökmə aradan qaldırılıb

14:28 21.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda binada baş verən çökmə aradan qaldırlıb.

Bu barədə hafta.az-a Göyçay Rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Cəfərəliyev bildirib. Qeyd olunub ki, binada çökməyə səbəb onun köhnə tikili olmasıdır:

“Göyçay rayon Əli Kərim küçəsində olan bina ötən əsrin 1967-ci ilində tikilib. Ötən gün həmin binanın birinci mərtəbəsinə qalxan 6 pilləli pilləkən çöküb. Hadisə baş verdikdən dərhal sonra əraziyə baxış keçirilib və yaranan problem aradan qaldırılıb. Pilləkənlər artıq bərpa olunub”.

İdarə rəisi əlavə edib ki, hadisə zamanı həmin yerdə ər-arvad olub və yüngül xəsarətlər alıblar. Onlar xəstəxanada ilkin tibbi müayinədən sonra ambulator müalicəyə buraxılıblar.