Göyçayda polis velosipedçini vurdu

10:21 21.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vurub.

 

DİN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə dünən, noyabrın 20-si gecə saat 22 radələrində baş verib.

 

Göyçay RPŞ-in əməkdaşı, polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

 

Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də, həmin şəxs hadisə yerində vəfat edib.

 

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Oxunma sayı 180