Göygöldə dəhşətli olay - 84 yaşlı qadını itlər parçalayaraq öldürdü

14:29 30.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.

Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.