Güclü külək əsəcək - XƏBƏRDARLIQ

21:21 18.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 19-da qərb küləyinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.