Günəşdə güclü partlayış olub

10:21 03.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 1-də Günəşdə güclü partlayış baş verib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

Alimlər partlayışın 32 dəqiqə davam etdiyini bildirib.

 

"Alov Yerə doğru istiqamətlənmiş komponentlə tac kütləsinin atılması şəkilində müşayiət olunub", - məlumatda deyilir.