Yazını böyüt
Yazını kiçilt
Gürcüstan parlamentinin müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasından olan deputatları David Kirkitadze, Anna Tsitlidze və Abdulla İsmayılov ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə aparılmasını tələb edərək aclıq aksiyasına başlayıblar. Bu barədə TASS məlumat yayıb.
“Bu gün mən və dostlarım fraksiyadakı fikir ayrılıqlarına baxmayaraq, Mixail Saakaşvili sağlamlığının təmin olunacağı ölkəyə köçürülənə qədər aclıq aksiyası keçirmək qərarına gəldik”, - deputat Kirkitadze bildirib.
Bundan əvvəl həkimlər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətini ağır kimi qiymətləndiriblər. Ekspert qrupunun məsləhətinə görə, Saakaşvili həyatı üçün təhlükəli olan dördüncü mərhələ tükənməsini yaşayır.