Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb - FOTO

11:20 20.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan səfiri Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfirlikdən hafta.az-a verilən məlumata görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və elçi Revaz Sakvarelidze 1990-cı il yanvarın 20-də keçmiş SSRİ-nin hərbi birləşmələri tərəfindən Bakıda törədilən qanlı faciə qurbanlarının xatirəsi anıblar.

"20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli tarixlərdən biri kimi daxil olub.

Z.Pataradze və R.Sakvarelidze Şəhidlər xiyabanında vətənin azadlığı uğrunda can qoymuş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar", - məlumatda deyilir.

Oxunma sayı 27
Siyasət rubrikasından digər xəbərlər