Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, ölkə Ukraynaya hərbi yardım göstərməyəcək, çünki onlar münaqişənin tərəfi olmaq istəmirlər. Hafta.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Hərbi yardıma gəlincə, biz bunu etməyəcəyimizi açıq şəkildə bildirdik. Biz dövlət olaraq heç vaxt münaqişəyə qoşulmayacağıq. Bu, bizim aydın mövqeyimizdir”, - deyə o bildirib.
Bundan əvvəl Gürcüstan parlamentində hakim “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze demişdi ki, Gürcüstan Ukraynaya silahla kömək edə bilməyəcək.