Gürcüstanda 358 881 nəfər koronavirusa yoluxub

10:55 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 521 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 358 881, ölənlərin sayı isə 5 160 nəfərə çatıb. Virusa yoluxanlardan 344 748 nəfərin sağaldığı bildirilir.

Oxunma sayı 698