Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda COVID-19 virusu yayılmaqda davam edir. Son sutka ərzində ölkədə daha 471 nəfərdə koronavirus təsdiqlənib.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında bildirilir.
Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 7 min 564-ə çatıb, sağalanların sayı 3 min 992 nəfərdir.
Pandemiya qurbanlarının sayı 48-ə çatıb.
Bildirilir ki, hazırda karantin zonalarında 5 392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.