Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda COVID-19 virusu sürətlə yayılır. Son sutka ərzində ölkədə daha 554 nəfərdə koronavirus aşkarlanıb, 252 pasiyent sağalıb, 2 nəfər isə vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında yerləşdirilib. Bildirilir ki, bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 8118-ə, sağalanların sayı 4244-ə, xəstəlikdən vəfat edənlərin sayı isə 50-yə çatıb.
Hazırda karantində 5392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.