Gürcüstanda siqaret qadağan ediləcək

10:58 28.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda taksi və içərisində azyaşlı uşaq olan şəxsi avtomobillərdə siqaret çəkmək qadağan ediləcək.

 

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı artıq müvafiq qanunvericilik təşəbbüsü hazırlanaraq parlamentə təqdim olunub.

 

 

Sözügedən qanuna əsasən, taksilərdə və qayıq kimi nəqliyya vasitələrində siqaret çəkən şəxs 200 lari məbləğində cərimə olunacaq. İçərisində yetkinlik yaşına çatmayan şəxs olan şəxsi avtomobildə isə siqaret çəkən şəxslər 50 lari məbləğində cərimə olunacaqlar.

 

Bundan əlavə, qanun layihəsində bu hərəkətlərin ikinci, üçüncü və sonrakı hər birinə görə cərimələrin ikiqat artırılması nəzərdə tutulur.

Oxunma sayı 110