Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub

20:27 22.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hafta.az xəbər verir ki, saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisində qeydə alınan qəza zamanı minik avtomobili tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.