Hafta.az əməkdaşı 32 il sonra doğma Laçınını ziyarət etdi - FOTOLAR

11:09 22.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Nəhayət, 32 ildən sonra ilk dəfə  28 ildən çox düşmən işğalı altında qalmış doğma Laçın şəhərinə ayaq basa bildik... Belə bir məqamda yaşanan hissləri təsvir etmək çox çətindir.

İşğal dövründə yaşanmış həsrət, ağrı, əzab, dərd-qəmlə yenidən doğma yurdun o füsunkar, əsrarəngiz təbii mənzərələrini görəndə yaranan sevinc, şadlıq, qürur hissi qovuşanda insan tamam bambaşqa, təsəvvür olunmaz, qeyri-adi bir halllara düşür...

Yaradana min şükür ki, bu günləri bizlərə nəsib etdi...

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, cansağlığı versin!..

Yenidən tikilən, qurulan, abadlaşdırılan Laçın şəhəri barədə hafta.az üçün hazırladığımız materiallarla yaxın müddətdə tanış ola bilərsiniz...