Yazını böyüt
Yazını kiçilt
“Həftə içi” qəzetində və hafta.az saytında dərc edilən “Hüseyn Cavid parkında xoşagəlməz mənzərə” sərlövhəli yazıdan sonra müvafiq qurumlar hərəkətə keçərək zəruri addımlar atıblar.
Hüseyn Cavid Parkındakı ictimai sanitar qovşaqlar anti-sanitariyadan təmizlənib.
Bu haqda hafta.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tədbir artıq görülüb:
“Tədbir görüldü, vəziyyət nəzarətdə saxlanılacaq”.
Qeyd edək ki, Hüseyn Cavid Parkında yerləşən ictimai sanitar qovşaqların fəaliyyəti dayandırılıb və tullantı məkanına çevrilmişdi.