Hamiləliyini abortla sonlandıran QADIN 30 İL HƏBSƏ MƏHKUM EDİLDİ

16:24 11.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

El Salvadorda hamilə qadın aşağını erkən itirməsi səbəbindən qətlə görə 30 il həbs cəzasına məhkum edilib.

Hafta.az İndipendent-ə istinadən bildirir ki, kimliyi "Eşme" olaraq paylaşılan qadın bazar ertəsi keçirilən məhkəmədə hamiləliyini sonlandırmaq üçün abort və qətlə görə məhkum edilib.

Esme iki il əvvəl uşaq saldıqdan sonra tibbi yardım almaq üçün dövlət xəstəxanasına gedərkən polis tərəfindən yaxalanmışdı. İki ildir istintaq təcridxanasında olan Esmenin həbs cəzası qadın haqları təşkilatlarının böyük reaksiyasına səbəb olub.

Abortun Dekriminallaşdırılması üzrə Vətəndaş Qrupunun (Agrupación Ciudadana por la Despenalización del Aborto-ACDATEE) rəhbəri Morena Herrera həbs cəzasını "ağır zərbə" kimi qiymətləndirdi.

Herrera abort hallarına cinayət deyil, ictimai sağlamlıq vəziyyəti kimi baxmağa çağırıb. Beynəlxalq insan haqları hüquqşünası Paula Avila-Guillen deyib: "Esmenin həbs cəzası El Salvadorda hamiləliklə bağlı təcili şərtlərdən əziyyət çəkən qadınların qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə qarşı əldə etdiyi nailiyyətlər üçün sarsıdıcıdır".

El Salvador abortla bağlı sərt siyasəti ilə tez-tez gündəmdədir. 1998-ci ildə qüvvəyə minən qanunla, zorlama, ana və ya dölün həyatı üçün təhlükə törətdiyi hallarda belə abort qadağandır. Tələblərə əməl etməyən qadınlar qətlə görə cinayət məsuliyyətinə cəlb oluna və 50 ilə qədər həbs oluna bilər.
Son 20 ildə ölkədə 180-dən çox qadın bu üsulla həbs edilib. Dekabr ayından bu yana uzunmüddətli həbs cəzası alan 8 qadının cəzası yüngülləşdirilib.