Hansı sahələrdə kadr çatışmazlığı var? - Ekspert açıqladı

16:45 24.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Dövlət qulluğu” haqqında qanunvericiliyin tələblərinə görə, yalnız Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan şəxslər dövlət qulluğu imtahanının test mərhələsindən azaddırlar və onlar birbaşa müsahibə mərhələsinə buraxılırlar.

Bu fikirləri hafta.az-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu qaydaları müəyyən qədər təkmilləşdirmək lazımdır:

"Birinci, dövlət özü müəyyənləşdirməlidir ki, daha çox hansı sahələrdə bizim kadra ehtiyacımız var. Məsələn, səhiyyə, iqtisadiyyat, turizm, təhsil sahəsində ciddi şəkildə kadra ehtiyacımız var. Digər tərəfdən, hesab edirəm ki, istər Dövlət Proqramı çərçivəsində, istər öz vəsaiti hesabına dünya reytinqində ilk 500-də yeri olan ali məktəblərdə təhsil alan şəxslərə işə qəbulda imtiyaz olmalıdır. Yəni,onlar birbaşa müsahibə mərhələsinə buraxılmalı və işlə təmin edilməlidirlər.

Nəzərə alsaq ki, Azərbaycan universitetləri dünya reytinqində demək olar ki, yoxdur və çox geridədirlər. Bu baxımdan biz ilk reytinq sıralamasında ilk 500-də yer alan ali məktəblərin məzunlarına iş imkanı yaratmalıyıq".