Hava şəraiti ötən günlərlə müqayisədə mülayimləşəcək

14:44 21.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək. Belə ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru bəzi yerlərdə az yağıntılı olacağı ehtimal edilir. Martın 22-də gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Martın 23 və 24-də isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq.

Hafta.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Direktorun sözlərinə görə, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin martın 22 və 23-də ötən günlərlə müqayisədə yağıntıların intensivliyi bir qədər zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcəyədək isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq.