Həcc ziyarətinə gələnlərin sayı 1,5 milyona çatdı

09:45 23.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsinin Twitter hesabından edilən açıqlamada müsəlmanların həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam etdiyi xatırladılıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada, xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvarların sayının iyunun 21-də 1 milyon 499 min 472-yə çatdığı, onlardan 1 milyon 435 min 14-nün müqəddəs torpağa hava yolu ilə çatdığı bildirilib.

Quru sərhəd qapılarından gələn zəvvar namizədlərinin sayı 59744 olarkən, 4714 nəfər də dəniz yolu ilə gəlib.

Müqəddəs torpaqlara gələn qonaqlara hər cür rahatlığın təmin edilməsinə diqqət çəkən açıqlamaya görə, hava yolu ilə gələn zəvvarlardan 230170 nəfəri “Məkkə Yolu” layihəsindən faydalanıb.

Səudiyyə Ərəbistanının zəvvarların müqəddəs torpaqlara səyahətini asanlaşdırmaq məqsədilə 2018-ci ildə Malayziya və İndoneziyada başladığı “Məkkə Yolu” layihəsi sonrakı illərdə Pakistan, Mərakeş və Banqladeşdə də həyata keçirilib.

Sözügedən layihə bu ildən başlayaraq qardaş Türkiyədə də icra olunmağa başlayıb.