Rusiya ilə Ukrayna arasında müharibə bütün şiddəti ilə davam edərkən, rus ordusunun lideri olan “Hələb qəssabı” ləqəbli general Aleksandr Dvornikovla bağlı yeni iddia səsləndirilib. Böyük Britaniya Müdafiə Nazirliyi bir müddətdir ki, haqqında çoxlu spekulyasiya edilən Dvornikovun taleyini açıqlayıb.
Hafta.az xəbər verir ki, müharibənin ikinci dövrü kimi tanınan və rus qoşunlarının Ukraynanın şərqini hədəf alması ilə başlayan müharibənin idarə edilməsi Putin tərəfindən general Aleksandr Dvornikova həvalə edilib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyan edib ki, Kreml bu yaxınlarda general Dvornikov və Hərbi Hava Qüvvələrinin rəisi general Andrey Serdyukov da daxil olmaqla bir neçə generalı vəzifəsindən azad edib.
60 yaşlı general Putin 2015-ci ilin sentyabrında Əsəd hökumətinə dəstək üçün Suriyaya qoşun göndərdikdən sonra Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının ilk komandiri olub.
Dvornikov eyni ildə Suriya şəhərini yerlə-yeksan etdiyi üçün “Hələb qəssabı” kimi tanınıb.
Putin Rusiyanın Donbasda yavaş irəliləməsində Dvornikovu günahlandırıb.
Dünən Ukraynanın şərqindəki Severodonetsk şəhərinin meri Rusiya qüvvələrinin bütün şəhərə nəzarəti ələ keçirdiyini açıqlayıb. Bu "qələbə" də generalı xilas etməyib.