“HƏMAS” İsrail nazirinin Qəzzaya nüvə hücumu ilə bağlı açıqlamasına cavab verdi...

15:20 05.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrailli nazirin Qəzza zolağına nüvə hücumu ehtimalı ilə bağlı açıqlamaları bu hökumətin və onun liderlərinin Fələstin xalqına qarşı həyata keçirdiyi terroru əks etdirir.

Hafta.az xəbər verir ki, “RİA Novosti”nin yaydığı məlumata görə, bu barədə Fələstinin “HƏMAS” hərəkatının nümayəndəsi Hazem Kasem danışıb.

Bundan əvvəl İsrailin Qüds işləri və irs naziri Amiçay Eliyahu bəyan etmişdi ki, Qəzza zolağına atom bombası atmaq münaqişənin inkişafı üçün “imkanlardan biridir”. Və buna cavab olaraq hakimiyyət və İsrail siyasətçiləri belə bir bəyanatı pisləyiblər.

“Sionist işğalçı hökumətin qondarma irs nazirinin Qəzza zolağına nüvə bombası atmağın müzakirə olunan variantlardan biri olduğu barədə bəyanatları bu faşist hökumət və onun liderləri tərəfindən Fələstin xalqımıza qarşı törədilmiş misli görünməmiş cinayətkar terroru əks etdirir”. Bu barədə “Kasem” hərəkatının telegram-kanalında dərc olunan bəyanatında deyilir.

“HƏMAS” nümayəndəsi həmçinin qeyd edib ki, bu cür bəyanatlar ABŞ-ın İsrailin Qəzza zolağındakı hərəkətlərinə tam dəstək verməsindən qaynaqlanır.