Herard Batler “300 Spartalı”nın çəkilişindən danışıb

10:20 21.01.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zak Snayderin "300 Spartalı" filmində rol alan Herard Batler "People"a müsahibəsində çəkiliş prosesi haqqında danışıb.

Hafta.az-ın yazdığına görə, aktyor qeyd edib ki, bu filmin çəkilişləri zamanı iştirakçılar demək olar ki, hər gün xəsarət alıb və xəstəxanaya getməli olublar.

“Döyüş səhnələri zamanı mənim arxamda olan köməkçi aktyorların ya burnu sınardı, ya nizə batardı, ya da yıxılaraq əzalarını sındırardı” deyib Butler.

Herardın filmdə iştirakı müxtəlif xəsarətlərsiz ötüşməyib. Davamlı məşqdən yorulduğu üçün ağrıkəsicilərə aludə olub. Bu səbəbdən 2012-ci ilə qədər 9 ilə yaxın reabilitasiya mərkəzinə gedib və narkotik asılılığından müalicə olunub.

Həmçinin, müsahibə zamanı Batler “Xilasetmə” filmində Pirs Brosnanla qəzaya düşməsindən danışıb. Aktyor həmin olayda da boynunu sındırıb.

“Yüksək sürətlə “Range Rover”də divara çırpıldıq, onun hündürlüyü təxminən 1 metr idi”, - aktyor bildirib.

Məlumat üçün bildirək ki, “300 Spartalı” filmi eramızdan əvvəl 480-ci ildə Yunanıstanın Termopila sahilində yaşamış 300 spartalı döyüşçünün həyatını əks etdirir. Leonidasın başçılıq etdiyi spartalı döyüşçülər öz ölkələrini müdafiə etmək üçün müstəsna şücaət göstərirlər. Leonidas və onun döyüşçüləri qədim Fars İmperiyasına qarşı vuruşurlar.

Film 65 milyon dollarlıq büdcə ilə çəkilib, 456 milyon dollar gəlir əldə edib. Layihə dramatik və hərəkət elementlərinə görə 2007-ci ildə MTV Movie + TV Awards-da ən yaxşı döyüş səhnəsi mükafatını qazandı.