Hərbçimizin ayağı amputasiya olundu

16:12 27.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, hərbiq qulluqçumuz partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Rəsmi məlumata görə, hazırda vəziyyəti stabildir.

Oxunma sayı 115