Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilib

12:52 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib.

APA xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Qeyd edək ki, mayın 11-də Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "unikal.az" saytı yayıb.

Oxunma sayı 157