Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə İŞIQLANDIRILDI

16:11 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında məlumat verilib.

“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayrağının təsviri ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”,- səfirlik qeyd edib.