Hikmət Hacıyev: Avropa parlamentinin bəzi üzvləri Azərbaycanafobiya və ya islamafobiyaya malikdir

10:52 18.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiyaya malikdir.