Hind kinosunun ƏN VARLI AKTRİSALARI

09:05 20.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bollivud dünyanın ən böyük kino sənayelərindən biridir. Burada aktrisalar təkcə çəkilişlərdən deyil, həm də reklam müqavilələrindən çoxlu pul qazanırlar.

Hafta.az bu cür xanım sənətçilədən bəziləri haqqında məlumatları bölüşür:

12. Alia Bhatt (4,6 milyon dollar)

Bollivudun gənc ulduzu Alia Bhatt "Yol", "Həyatın dəyəri" və "Roza" filmlərində oynadığı rollarla tamaşaçıların ürəyincə olub. Onun qonorarı 720 min – 960 min dollar arasında dəyişir. Alia aktyorluqdan başqa musiqi istedadı ilə də tanınır, filmlərə mahnı da yazır.

11. Karişma Kapur (8,7 milyon dollar)

90-cı illərin ulduzu Karişma Kapur Bollivudun ən məşhur aktrisalarından biri olaraq qalır. Nadir hallarda filmlərə çəkilməsinə baxmayaraq, kino sənayesinə böyük töhfələr verib. Karişma hər filmə görə 960 min dollardan 1,2 milyon dollara qədər qazanır – onun xalis dəyəri 8,7 milyon dollar qiymətləndirilir.

10. Sonam Kapur (11,4 milyon dollar)

Aktrisa Sonam Kapur “Neerja” və “Weyer Di Vedding” filmləri ilə şöhrət qazanıb. Onun gəliri L'Oreal və Oppo kimi böyük brendlərlə əməkdaşlıq sayəsində genişlənir. Bir filmə görə o, 840 min dollardan 1,2 milyon dollara qədər qazanır.

9. Kanqana Ranaut (11,4 milyon dollar)

Bollivud kraliçası kimi tanınan Kanqana Ranaut daha çox “Queen” və “Manikarnik” filmlərindəki rolları ilə tanınır. O, Vero Moda brendi ilə birlikdə geyim xəttini işə salaraq biznesini fəal şəkildə inkişaf etdirir. Onun qonorarı 1,08 milyon dollardan 1,26 milyon dollara qədərdir

8. Vidya Balan (13,2 milyon dollar)

Milli Film Mükafatı laureatı Vidya Balan “Çirkli şəkil” və “Tarix” filmlərindəki rolları ilə tamaşaçıları heyran edib. Onun sərvəti 13,2 milyon dollar, qonorarı isə 960 min dollardır.

7. Kajol (17 milyon dollar)

Bollivudun ən sevilən aktrisalarından olan Kajol “Oğurlanmış gəlin” və “Bəzən sevinc, bəzən kədər” filmlərindəki rolları ilə tanınır. Onun sərvəti 17 milyon dollar, qonorarı isə 600 min dollardan 840 min dollara qədərdir.

6. Priyanka Çopra (21,9 milyon dollar)

Keçmiş Miss World Priyanka Chopra həm Bollivudda, həm də Hollivudda uğur qazanıb. Onun filmlərdən, seriallardan və reklam müqavilələrindən qazancı 21,9 milyon dollar, qonorarı isə 1,56 milyon dollardır.

5. Anuşka Şarma (26,6 milyon dollar)

Anuşka Şarma Bollivudun ən uğurlu aktrisalarından və prodüserlərindən biridir. Onun sərvəti 26,6 milyon dollar qiymətləndirilir, qonorarı isə 840 mindən 960 min dollara qədərdir.

4. Ayşvariya Ray-Baççan (30,8 milyon dollar)

Keçmiş "Dünya gözəli" Ayşvariya Ray dünya ulduzuna çevrilib. “Devdas” və “Jodha va Akbar”dakı rolları ona tanınıb. Aktrisanın qonorarı 720 min dollar, ümumi sərvəti isə 30,8 milyon dollardır.

3. Katrina Kaif (50 milyon dollar)

“Bollivudun Barbisi” kimi tanınan Katrina Kaif “Tiger Live” və “I Love You” filmlərində böyük uğur qazanıb. Onun sərvəti 50 milyon dollar, film haqqı isə 1,38 milyon dollardır.

2. Karina Kapur (52,6 milyon dollar)

Karina Kapur “Let's Meet” və “Veer Di Wedding” filmlərindəki rolları ilə tanınır. Onun qanorarı 1,38 milyon dollar, ümumi sərvəti isə 52,6 milyon dollardır.

1. Dipika Padukone (57 milyon dollar)

Ən zəngin Bollivud aktrisaları siyahısına Dipika Padukone başçılıq edir. O, karyerasına “Om Shanti Om” ilə başlayıb və o vaxtdan bəri “Padmavati” və “Piku” kimi bir çox hitlərdə rol alıb. Filmə görə o, 1,68 milyon dollar alır, sərvəti isə 57 milyon dollardır.