Bollivudda eyni ailədən olan bir çox məşhurlar var. İki bacı, iki qardaş və ya bacı-qardaş olan və bərabər populyarlıq qazanan aktyor və aktrisalar həmişə tamaşaçıların diqqətində olub. Onların oxşar görünüşü, aktyorluq bacarıqları hind kinosu dünyasında xüsusi maraq doğurur.
Hafta.az bu dəfə eyni ailədən olan Bollivud ulduzları haqqında məlumat verir:

Şilpa və Şamita Şetti
Bollivudun bu iki məşhur bacı aktrisaları unikal aktyorluq istedadları ilə tanınır.
Şilpa Şetti 8 iyun 1975-ci ildə Mumbayda anadan olub. O, karyerasına 1993-cü ildə cəmi 18 yaşında başlayıb. Debütdən bir il sonra ilk baş rolunu oynayıb.
Şetti bir sıra hind filmlərində rol alıb, hətta aktrisa bacısı ilə də bir neçə dəfə birlikdə çalışıb. O, Britaniya realiti-şousunun qalibi olub. Aktyorluq karyerasına əlavə olaraq, Şilpa xeyriyyə layihələrini fəal şəkildə dəstəkləyir. O, həmçinin bir çox nüfuzlu mükafatlara layiq görülüb.
Şamita Şetti 2 fevral 1979-cu ildə Mumbayda anadan olub. O, aktyorluq karyerasına 2000-ci ildə başlayıb. Aktrisa "Sevgilimin toyu" filmindəki "Şarara-şarara" obrazı ilə tanınıb.

Ayuşman və Aparşakti Xurana
Bollivudun məşhur aktyor qardaşları Ayuşman Xurana və Aparşakti Xurana aktyorluq və musiqi istedadları ilə tanınırlar. Hazırda gənc tamaşaçıların sevimlisinə çevrilmiş və filmləri hit olan Ayuşman kino aləmində öz zəhməti ilə yerini tapan istedadlardandır.
Aparşakti isə daha çox köməkçi rollar oynayıb. Aktyor daha çox Aamir Xanın da rol aldığı layihə olan "Dangal" filmindəki Omkar rolu ilə yadda qalıb.

Əli və Danyal Zəfər
Əli və Danyal Zəfər qardaşları Pakistan və Hindistanın sənət dünyasında bənzərsiz səsləri və istedadları ilə tanınan qardaş sənətçilərdir. Onların hər biri özünəməxsus istiqamətdə yaradıb və böyük azarkeş kütləsinin diqqətini cəlb edib.
Əli Zəfər çoxşaxəli sənətkar kimi tanınır: müğənni, aktyor, bəstəkar. Musiqidə ilk böyük uğurunu "Channo" mahnısı ilə qazanıb. Daha sonra o, Bollivud filmlərində rol almağa başlayıb və hind tamaşaçıları tərəfindən yaxşı tanınıb.
Qardaşı Danyal Zəfər müasir musiqi üslubu ilə seçilir. Coke Studio Pakistan vasitəsilə məşhurlaşıb. Danyal yaradıcılığı əsasən pop və R&B janrlarındadır və o, gənc nəsil arasında populyarlıq qazanıb. Bundan əlavə, o, aktyorluq və modellikdə də özünü sınayır.

Anil və Sanjay Kapur
Anil Kapur 1956-cı ildə Mumbayda anadan olub və 1980-ci illərdən bəri hind kinosunun ən sevimli aktyorlarından biri olub. 40 ildən çox davam edən karyerasında Kapur 100-dən çox filmdə rol alıb. Bir çox məşhur filmlərdə baş rolları ilə tanınan Kapur, iki Milli Film Mükafatı və altı Filmfare Mükafatı da daxil olmaqla çox sayda mükafat qazanıb. O, həm də məşhur aktrisa Sonam Kapurun atası kimi tanınır.
Anil Kapurun qardaşı Sanjay Kapur şou-biznesdən daha çox iş dünyasına qarışır. O, müxtəlif sənaye sahələrində, xüsusən də moda və pərakəndə satışda uğurlu sahibkar kimi tanınır. Sanjay əvvəllər məşhur hind aktrisası Karişma Kapur ilə evli olub. Hətta onlar Hindistanın iki ən məşhur kino ailəsini birləşdirən cütlük sayılıb. Təəssüf ki, sonradan boşanıblar.

Anupam və Racu Xer
Anupam Xer 1955-ci ildə Hindistanın Şimla şəhərində anadan olub. Onun kino dünyasındakı karyerası 1980-ci illərdə başlayıb və bu günə kimi 200-dən çox filmdə rol alıb.
Racu Xer Anupamın kiçik qardaşıdır və o, həm də sənəti sevən aktyor və rejissordur. Racu əsasən televiziya layihələrində, seriallarda və filmlərdə köməkçi rolları oynayır.

Katrina və İzabel Kaif
İzabel karyerasının əvvəlində bacısı Katrinaya çox bənzəyirdi, lakin plastik əməliyyatdan sonra bir qədər dəyişib. O, qısa vaxtda Bollivudda debüt edib. Kino sənayesindəki müəllimi İzabel üçün sənət məktəbi kimi xidmət edən Salman Xandır.

Amrita və Pritika Rao
Amrita Rao, əsasən hind filmlərindəki işi ilə tanınan aktrisa və keçmiş modeldir. Amritanın bacısı Pritika isə aktyorluq karyerasına 2010-cu ildə başlayıb. O, televiziya səhnəsində debüt etsə də, tezliklə Bollivudda da öz yerini tapıb.