Hindistanda hücum və adam öldürmə ittihamları ilə bağlı bir işə baxan hakim, süni intellekt tətbiqi ChatGPT-dən müttəhimin girov müqabilində azad edilib-edilməyəcəyini soruşub.
Hafta.Az-ın “Vice”yə istinadən yazdığına görə, Pəncab və Haryana Ali Məhkəməsinin hakimi Anoop Çitkara 2020-ci ildə qətl ittihamı ilə həbs edilən Casvinder Singhin məhkəməsində süni intellektin köməyinə müraciət edib.
ChatGPT-dən soruşaq: "Vəhşicəsinə hücum cinayətinə görə girov qoymaqla bağlı məhkəmənin təcrübəsi nədir?".
Hakimin sualına cavab verən süni intellekt: “Hücum edənlər vəhşilik tətbiq etməklə zorakılıq cinayəti törədiblərsə, qaçmaq şübhəsi ilə cəmiyyət üçün təhlükə yarada bilərlər. Bu cür işlərdə hakim girov təyin etməyə az meyllidir və ya çox yüksək məbləğdə girov təyin edə bilər ki, təqsirləndirilən şəxs cəmiyyət üçün risk yaratmasın və məhkəmələrdə iştirak etsin”.
Bundan əlavə, təqsirsizlik prezumpsiyasının əsas hüquqi prinsip olduğunu xatırladan süni intellekt, girovun bir qayda olaraq, hakimin təqsirləndirilən şəxsin təhlükə yaratmadığına əmin olduğu zaman tətbiq edildiyini bildirib.
Hakim Çitkara müttəhimin qətldən əvvəl qəddar hərəkət etdiyinə inanaraq onu zaminə buraxmaqdan imtina edib.
Çitkara daha sonra şübhəlinin günahkar olub-olmadığını müəyyən etmək üçün deyil, yalnız girov istəmək üçün ChatGPT-dən istifadə etdiyini vurğulayıb.
Dünyanın ən qədim və ağır hüquq sistemlərindən birinə sahib olan Hindistanda məhkəmədə süni intellekt texnologiyasından istifadə edilməsi "tarixi" kimi qiymətləndirilib. Təxminən 6 milyon işin ali məhkəmələrin qərarını gözlədiyi Hindistanda son iki ildə dəqiqədə 23 yeni işin açıldığı təxmin edilir.
Bəzi ekspertlər ChatGPT-nin gələcəkdə məhkəmə salonlarında geniş şəkildə istifadə oluna biləcəyini düşünürlər.