Hindistanda seçkiqabağı maoçular partiya liderini öldürdülər

09:26 06.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan mətbuatının yerli polisə əsaslanan xəbərinə görə, hakim BJP Partiyasının Narayanpur bölgəsi sədrinin müavini Ratan Dubey seçki kampaniyası zamanı maoçu üsyançılar tərəfindən öldürülüb.

Hafta.az-ın yazdığına görə, polis Dubeyin bazar ərazisində kəsici alətlə öldürüldüyünü bildirib.

Əyalətdə yerli seçkilərə cəmi üç gün qalmış Dubeyin öldürülməsi diqqət çəkib.

Çinin inqilabçı lideri Mao Tsedondan ilhamlanan maoçu üsyançılar 1967-ci ildən bəri Hindistanın şimalında, şərqində və mərkəzində bir çox ştatlarda silahlı aksiyalar keçirirlər. Onlar qəbilə və yoxsul insanların hüquqları uğrunda mübarizə apardıqlarını deyirlər.

Cənubi Asiya Terror Portalının məlumatına görə, 1999-cu ildən bəri təhlükəsizlik qüvvələri ilə Maoist üsyançılar arasında baş verən qarşıdurmalarda 8 mini mülki vətəndaş olmaqla 14 mindən çox insan həyatını itirib.