Yazını böyüt
Yazını kiçilt
Hindistanın Manipur əyalətində etnik gərginlik və zorakılıq bitib-tükənmir.
Hafta.az-ın yazdığına görə, əyalətin baş naziri Biren Sinqhin mətbuata verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin bölgədəki silahlı qruplara qarşı hücumları nəticəsində azı 40 silahlının öldürüldüyü bildirilir. Sinq qeyd edib ki, qarşıdurmalarda iki polis məmuru da həlak olub.
Hindistanın şimal-şərq bölgələrində davam edən etnik gərginlik yüzlərlə insanın ölümünə səbəb olub. Manipurda hindular və xristianlar birlikdə yaşayır, lakin iki dini qrup arasında tez-tez qarşıdurmalar baş verir.