Hindistanda tunel qazaraq bankdan 120 min dollar oğurladılar

18:21 27.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanda quldurlar tunel qazaraq bankdan 120 min dollar oğurlayıblar. İndi polis bacarıqlı oğruları axtarır.

Yerli KİV-in məlumatına görə, oğurluq Hindistan Dövlət Bankının Bhautidəki filialında baş verib. Oğrular anbarda üç metrlik tunel qazaraq oradan qızıl və nağd pul - ümumilikdə 120 min dollar aparıblar.Bildirilir ki, cinayətkarlar bankın girişində həyəcan siqnalını söndürərək yeganə videomüşahidə kamerasını digər istiqamətdə işə salıblar.

Müstəntiqlərin fikrincə, soyğunçulardan biri bank filialının dizaynı və arxitektura xüsusiyyətləri ilə tanış olub və bu, onun həm də bank işçisi ola biləcəyini ehtimal edir. Hazırda əməkdaşların əlində konkret şübhəli şəxslərin siyahısı və istintaqı irəli aparmaq üçün ciddi sübutlar yoxdur.