Moskva məhkəməsi turizm şirkətinin sahibini homoseksuallar üçün turlar təşkil etdiyinə görə həbs edib.
Hafta.az-ın yazdığına görə, məhkəmə Andrey Kotov adlı turizm operatorunu Rusiya Cinayət Məcəlləsinin 282.2-ci maddəsi ilə təqsirli bilib. O, maddə çərçivəsində “ekstremist təşkilatın fəaliyyətini təşkil etmək” və “belə bir təşkilatda iştirak etmək” cinayətlərinə görə mühakimə olunacaq. Kotova qarşı ittihamlar 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Noyabrın 30-da saxlanılan Kotovun homoseksual şəxslər üçün Misirə yeni il tətili və Volqa çayında homoseksualizm yönümlü kruiz səfəri təşkil etdiyi iddia edilir. Kotov ittihamları rədd edir.
Kotov məhkəmədə özünü müdafiə edərək bildirib ki, onların təşkil etdiyi turlar yalnız turizm xarakteri daşıyır və heç bir ideoloji təbliğat aparmır.