İncəsənət məktəb və mərkəzlərinə I sinif üzrə qəbul nəticələri elan olunub

18:05 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Yeni tədris ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq!