Yazını böyüt
Yazını kiçilt
Vladimir Jirinovskinin qurucu sədri olduğu Rusiya Liberal Demokrat Partiyası təşkilat embleminin rənglərinin Ukrayna bayrağına bənzəməsi və dəyişdirilməsi ilə bağlı çağırışlarla bağlı açıqlama verib.
Hafta.az-ın yazdığına görə, RLDP-nin Duma Qrupunun sədr müavini Yaroslav Nilov partiyanın bu səbəbdən emblemini dəyişmək fikrində olmadığını bildirərək, “Partiyamız müstəqil Ukraynadan əvvəl yaranıb. Mavi və sarı həmişə rəngimiz olub” deyib.
Bildirək ki, Rusiyada bir məktəb direktoru daha əvvəl mavi-sarı rəngli toqqa və eyni rəngli ayaqqabı geyindiyinə görə şagirdi polisə şikayət etmişdi.
Rusiya Federal Kosmik Agentliyi də (Roskosmos) kosmonavtların geyimlərinin sarı-mavi rəngdə olması səbəbindən rəsmi açıqlama verib.