Jurnalist Ağanisə Sultanovanın yeni kitabı nəşr olunub

14:26 22.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Jurnalist Ağanisə Sultanovanın İraqdan bəhs edən yeni kitabı nəşr olunub. 

Hafta.az yazır ki, jurnalistin "Kərkükdən Bakıya" adlı kitabı  İŞİD-dən (DAEŞ) sonrakı İraqa, Bağdada, Ərbilə, xüsusilə də türkmən qardaşlarımızın tarixi torpaqları Kərkük, Türkmənelinə, soydaşlarımızın bugünkü yaşamına, siyasi, mədəni həyatlarına həsr olunub. Eyni zamanda kitabda Səddam Hüseyn dönəmində türkmənlərə qarşı şüurlu şəkildə törədilən 1980-ci ilin yanvar soyqırımından, Altınkörpü soyqırımından, repressiyalardan və sair bəhs edilir.

A.Sultanova kitab haqqında danışarkən Kərkük, Türkməneli səfərində hər addımda dəstək olan şəxslərə təşəkkürünü ünvanlayıb: "Səfərim zamanı böyük qonaqpərvərlik göstərən İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahyaya, onun gözəl ailəsinə, Yılmaz Hüseyin qardaşıma, türkmən qardaşlarıma çox təşəkkür edirəm".