Jurnalistin ölümü ilə bağlı məlumat açıqlanıb

09:21 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Aklehin ölümünə səbəb olan atəşin İsrail qüvvələri tərəfindən açıldığı müəyyən edilib.

İsrail isə BMT-nin iddialarını əsassız adlandırıb.


Mayın 11-də İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsində keçirdiyi əməliyyatı işıqlandırarkən mətbuat nişanları taxan əslən fələstinli ABŞ jurnalisti öldürülüb.


BMT-nin İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasani Cenevrədə jurnalistlərə deyib: "Biz Əbu Aklehin ölümünə səbəb olan güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən atıldığına inanırıq".


BMT nümayəndəsi qeyd edib ki, İnsan Hüquqları İdarəsi insidentlə bağlı özünün müstəqil monitorinqini başa çatdırıb.


“Bizim topladığımız bütün məlumatlara görə, Əbu Aklehin ölümünə və onun həmkarı Əli Sammudinin yaralanmasına səbəb olan güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığı qənaətinə uyğun gəlir”.


“Jurnalistlərin bilavasitə yaxınlığında silahlı fələstinlilərin fəaliyyət göstərdiyini göstərən heç bir məlumata rast gəlmədik”, - Şamdasani əlavə edib.


BMT-nin İnsan Hüquqları İdarəsi özünün insan hüquqlarının monitorinqi metodologiyasına uyğun olaraq foto, video və audio materialları öyrənib, hadisə yerinə baş çəkib, ekspertlərlə məsləhətləşib, rəsmi hesabatları öyrənib və şahidlər dindirilib.


Öz növbəsində İsrail ordusu Əbu Aklehin necə öldürüldüyünü müəyyən etməyin “mümkün olmadığını” bildirib.


İsrailin Cenevrədəki missiyası bəyan edib ki, BMT-nin rəyi “təəssüf ki, bu faciəli hadisədə həqiqətin üzə çıxarılmasına əsas maneəni qeyd etmir: “Fələstin Administrasiyasının birgə araşdırma aparmaqdan və gülləni təhvil verməkdən imtina etməsi”.

Oxunma sayı 123