Kabildə partlayış - 6 nəfər ölüb

15:46 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Partlayış bazar ertəsi Kabildə baş verib. Bu barədə Emergency beynəlxalq tibb təşkilatı Twitter-də məlumat yayıb.

TOLOnews telekanalının Kabil polis idarəsinin sözçüsü Xalid Zadrana istinadən verdiyi məlumata görə, azı 6 nəfər həlak olub. Onun sözlərinə görə, daha bir neçə nəfər, o cümlədən Taliban hərəkatının üç tərəfdarı yaralanıb. Zadran qurbanların dəqiq sayını açıqlamayıb. Onun iddiasına görə, insident Kabilin mərkəzindəki Malik Əsgər meydanında baş verib (ondan bir qədər aralıda Əfqanıstan Xarici İşlər Nazirliyi və Təhsil və İqtisadiyyat Nazirliyinin binaları yerləşir). Partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb.

Oxunma sayı 77